Tələbələr arasında stolüstü tennis birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər Fondunun birgə tədbirlər planı çərçivəsində 10-17 Noyabr–Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı ardıcıl tədbirlər keçirilir.

Bu gün ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında stolüstü tennis birinciliyi keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışa 28 tələbə qatılıb. Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi mübarizədə Gültəkin Süleymanova (NMİ) və Nurəddin Həsənov (NDTK) birinci olublar. Lalə Musayeva və Nemət Əliyev ikinci, Tamam Əliyeva ilə Məhəmməd Əliyev isə üçüncü yerə sahib çıxıblar. İlk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

 Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı tədbirlərə sabah yekun vurulacaq.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti